Pavel Paşayev ən yaxşılar sırasında

Pavel Paşayev ən yaxşılar sırasında
XƏBƏR 29 Noyabr 2019 / 10:34 2147
-  A +

Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

Qol.az xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunda  çıxış edən millimizin müdafiəçisi Pavel Paşayev də öz göstəricisi ilə fərqlənib.

O, "Aleksandriya"nın heyətində qrup mərhələsinin geridə qalan 5 oyununda ən çox dəqiq ötürmə verən üçüncü oyunçudur. 31 yaşlı müdafiəçinin 196 ötürməsindən 144-ü dəqiq olub. Bu da 73%-lik göstərici deməkdir.

Xatırladaq ki, son turda öz meydanında "Volfsburq"a 0:1 hesabı ilə məğlub olan "Aleksandriya" qrupda qalıb.


Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında