“Qarabağ” və “Qəbələ”nin futbolçuları Barselonaya yollandı

“Qarabağ” və “Qəbələ”nin futbolçuları Barselonaya yollandı
ÖLKƏ FUTBOLU 25 Noyabr 2019 / 13:15 5147
-  A +

AFFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar  Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadədir (“Qarabağ”).
 
Yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə onlar akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.  

Daha çox


Son xəbərlər