“Fiorentina”nın futbolçusu Aleksa Terziç naməlum şəxslər tərəfindən döyülüb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Serbiya U-21 yığmasının düşərgəsindən ayrıldıqdan sonra şəxsi avtomobili ilə ailəsini ziyarət etmək üçün Belqrad şəhərindən Nişə yola düşən 20 yaşlı müdafiəçi bir qrup şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ilk olaraq, gənc futbolçunu təqib edib, daha sonra ondan maşınını saxlamasını istəyiblər. Avtomobildən düşən futbolçudan 5 min avro pul istəyən xuliqanlar, bu təklifi qəbul etmədiyinə görə Terziçi döyməyə başlayıblar.
Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən futbolçunun burnunda qırıq, bədənin müxtəlif yerlərindən xəsarət aldığı aşkarlanıb.
Qeyd edək ki, məsələ ilə bağlı Serbiya polisi araşdırma başladıb.
Haalanddan daha bir uğur
Azərbaycan klubları ÇL-in növbəti mərhələsinə yüksəldilər
Millimizin və "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi
"Səbail" və "Bakı Sportinq"dən qələbə, "Şəfa"dan darmadağın
Millimizdən Moldovada ardıcıl ikinci qələbə
Mourinyo rəsmən “Benfika”da
“Barselona” düşərgəsindən milliyə narazılıq
U-15 millimiz Monteneqro yığmasına qalib gəldi
Luis Enrike birinci hissəni niyə tribunadan izləyib?
Yılmaz Vural bu klubun baş məşqçisi oldu
"Çelsi"də yeni müqavilə
"Benfika" Mourinyo təyinatını nə vaxt açıqlayacaq?
"Bavariya"dan Çempionlar Liqasında uğurlu göstərici