Xəbər verdiyimiz kimi, “Gilan Holdinq” şirkəti 2020-ci ilin yanvarın 1-dən “Qəbələ” klubuna sponsorluğu dayandıracaq.
Qol.az-ın əldə etdiyi xəbərə görə, şirkətin növbət il üçün kluba pul ayrılmayacaq. Buna holqinqin özünün də maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olub.
Belə bir durumun yaranacağından “Qəbələ” rəhbərliyi bir neçə ay əvvəldən məlumatlı olub. Ona görə də klub rəhbərliyi hələ bir müddət əvvəl yeni sponsor axtarışına çıxıb. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüş də keçirilib. Federasiyanın “Qəbələ”yə kömək edəcəyini bildirsə də, iddialara görə, hələlik bununla bağlı real addımlar atılmayıb.
Amma yanvar ayından AFFA-nın “Qəbələ”yə maliyyə yardımı ayıracağı da istisna deyil. Hazırda isə durum belədir ki, ortada konkret heç nə yoxdur və “Qəbələ”nin vəziyyəti qeyri-müəyyəndir. Buna görə də klubun yanvarın əvvəlindən fəaliyyətini dayandıracağı ehtimalı az deyil.
Hər şeyə yaxın vaxtlarda dəqiqləşəcəyi gözlənilir. Əgər qısa müddətdə sponsor tapılmasa, təəssüf ki, Azərbaycan futbolu üçün böyük işlər görmüş klub dağılmalı olacaq. Bununla da daha bir bölgə kluba tarixin yaddaşına köçəcək.
Ümid edək ki, klub və AFFA növbəti dəfə müzakirə aparmaqla vəziyətdən çıxış yolu tapa biləcək və “Qəbələ” fəaliyyətini təkcə bu mövsümü sonuna qədər deyil, növbəti illərdə də davam etdirəcək.
PSJ-dən "Tottenhem"ə
"Yuventus"dan ardıcıl ikinci qələbə
"Biz belə nəticəni gözləmirdik" - Dambrauskas
"Böyük iş gördük" - "İmişli"nin baş məşqçisi
"İmişli"dən "Sabah"a baxımlı qələbə qolu - Video
"İmişli" "Sabah"a, "Qarabağ" "Karvan"a qalib gəldi
“Neftçi”nin bizi təbrik etməməsini ciddi qəbul etmədim”
“Danışıqlar çox çətinləşməyə başladı" - Qurban Qurbanov
"Qarabağ"ın "Karvan"a vurduğu 2 qol - Video
"Sabah" - "İmişli" matçı üçün - Heyətlər
Mahirin komandasından geridönüş
"Mançester Yunayted"dən "Çelsi"yə keçidindən danışdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
"Karvan" - "Qarabağ": Heyətlər
Mehdi Taremi "Olimpiakos"da
Dioqo Jotanın forma nömrəsi bu futbolçuya verildi
"Benfika"dan yeni transfer