“Hamısı tanış rəqiblərdir. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də, Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm".
Qol.az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev DÇ-2020-nin elit-raund mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Fərzəliyev Azərbayca Futzal Federasiyasının rəsmi saytına açıqlamasında münasib qrupa düşdüklərini bildirib: "Qrupumuzu bir qədər əlverişli adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı ilk iki yerdən birini tutmalıdır. Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidir.
Düzdür, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan vəziyyət bərabərdir”.
Şanslar haqda da danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb: “Hazırkı məqamda bütün komandaların şansı bərabərdir. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar ev sahibliyi edirdilər. Heç-heçə etsək də biz qrupun qalibi olduq və pley-off-da Hollandiya ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq əla olar. Ən pis halda pley-off-larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.
Qeyd edək ki, gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək.
"Çelsi"də qalır
"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusuna göz dikdi
"Bayer"nin yeni transferi debüt etmədən sıradan çıxdı
"Sabah"dan növbəti transfer
"Real" yoldaşlıq matçında heç-heçə etdi
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
Güləşçimiz dünya çempionatının finalında
35 yaşlı hücumçu "Çelsi"də
Frank De Bleker Azərbaycandakı iş dönəmini dəyərləndirib
"Bu kubok mənimdir, yoxsa sizin?"
Meydanda qələbə, paltardəyişmə otağında gərginlik
"Real"ın futbolçusu Premyer Liqaya keçə bilər
La Liqa məşqçisi Səudiyyə Ərəbistanına yollanır
DÇ-2026-nın qəhrəmanı PSJ-nin hədəfində
FİFA-dan Türkiyənin 4 klubuna transfer qadağası
UEFA-dan penaltilərlə bağlı yeni qərar
Almaniya millisinin üzvü "Ayaks"da - Rəsmi
Sabiq "Qarabağ"lı het-trik etdi
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
"Ronaldo 1000 qol vurmadan dayanmayacaq"
De Bleker AFFA-dan getdi
"Çelsi"yə 10 milyon funt cərimə və şərti transfer qadağası
"Barselona"da 18 yaşlı vinger
Diomandenin "Real"a transferi dalana dirəndi
"Monako"dan PSJ-yə
"Arsenal"dan yeni transfer
DÇ-2026-da tarixi nəticə qazandı, istefaya göndərildi
İnfantino: "DÇ-2030 tarixin ən yaxşısı olacaq"
Nuriyevin komandası liderliyə yüksəldi
“Qarabağ”ın “Dinamo” ilə oyunlarının hakimləri müəyyənləşib
İnfantino göndərilir?