Balayevin komandasından növbəti xal itkisi

Balayevin komandasından növbəti xal itkisi
XƏBƏR 30 Oktyabr 2019 / 16:24 2996
-  A +

Qazaxıstan çempionatında 31-ci turun oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə  "Kaysar"la  qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Tobol" hazırda 60 xalla 12 komanda 3-cü pillədə qərarlaşıb.

 


Son xəbərlər