"Qarabağ"ın futbolçusu İngiltərə ilə oyuna çağırıldı

"Qarabağ"ın futbolçusu İngiltərə ilə oyuna çağırıldı
XƏBƏR 25 Sentyabr 2019 / 16:20 3683
-  A +

"Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb.

Qol.az Bolqarıstan Futbol İttifaqının saytına istinadən xəbər verir ki, baş məşqçi Krasimir Balakov Avro-2020-nin seçmə mərhələsinin Monteneqro və İngiltərə ilə oyunları üçün 26 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib.

Qeyd edək ki, Bolqarıstan millisi oktyabrın 11-də Monteneqro ilə səfərdə, oktyabrın 14-də İngiltərə ilə Sofiyada qarşılaşacaq.

Daha çox


Son xəbərlər