"Keşlə"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik, bu nəticə bizi qane edərdi. "Neftçi" güclü rəqibdir. Sadəcə, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq.
- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?
- Bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin bu gün bizim günümüz deyildi. Ona görə də qol vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaqla, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.
- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?
- Yüngül zədə aldım. Mənim topuğumda zədə var. Təmas oldu, yenə ağrı yarandı.
- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?
- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ" çatmaq çətin olacaq. Çünki onlar sabit çıxış edir, tələsmirlər. Bir qol vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.
- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-sabit çıxışının səbəbini nədə görürsünüz?
- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onların yaxşı heyəti, futbolçuları var.
"Napoli"dən xal itkisi
Millimizin üzvünün komandası uduzdu
Avropa çempionatında 3 "bürünc" şansı
"Araz-Naxçıvan" "Sumqayıt"ı belə üstələdi - Video
Vaqif Cavadovdan məğlubiyyət şərhi
ÇL-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Van Deyk: "Liverpul"la danışıqlarımda irəliləyiş var"
Ramil Şeydayev və Filip Ozobiçin qolları - Video
"Monteneqroya qələbə üçün gəlmişik" - Siyasət Əsgərov
"Mövsümün sonu gərgin keçəcək" - Ayxan Abbasov
"Qızıl top", yoxsa Çempionlar Liqası? - Mbappe seçdi
"Araz-Naxçıvan" - "Sumqayıt": Heyətlər
İvan Yuriç istefa verdi
"Real"ın 6 futbolçusu "Arsenal"la oyunu buraxacaq
“Neftçi”ni məğlub edə bilsək..." - Məqsəd İsayev
"Liverpul" 4 ildir belə uduzmurdu
"Bir neçə klub məni icarəyə götürmək istəyirdi" - Redon Cica
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
Azərbaycanın cüdo millisi medal sayına görə birincidir
Ardıcıl 8-ci dəfə çempion oldular
"Araz-Naxçıvan"ın 5 futbolçusu "Sumqayıt"a qarşı oynamayacaq
"Sabah"ın legioneri üçün yubiley matçı
“Cərimə zərbələrinin üzərində daim işləyirəm” - Kadi
Rövşən Hüseynli millidən kənarlaşdırıldı
Leandronun 100-cü oyunu
Mourinyo: “Fənərbaxça”nın 35 milyon məşqçisi var”
Messinin qolu bir xal qazandırdı
Taliskadan möhtəşəm qol - Video
Fatih Terimin komandasından qələbə
"Fənərbaxça" "Trabzonspor"a 4 qol vurdu
Derbidə heç-heçə, "Çelsi"dən xal itkisi
Türklər qol ötürməsi verdi, "Benfika" qalib gəldi
“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur
5 qol vuruldu, "Liverpul" uduzdu
Kadidən gözəl qol, Koxalskidən “qızıl qurtarış” - Video
"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi
İngiltərə Premyer Liqasını tərk edəcəkləri rəsmiləşdi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Berezutski: “Elvin Camalov özünü çox qeyri-peşəkar apardı”
Tahir Gözel Zubiri mükafatlandırdı - Şəkillər
Azər Bağırov qələbəyə belə şərh verdi