"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 2-ci turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Gözlədiyimiz kimi çox çətin oyun oldu. "Neftçi" çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, "Neftçi" meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq.
- Çexiya 3-cü Liqasında çalışmısınız. Həmin çempionatla Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiniz?
- Müqayisə etmək mümkün deyil. Azərbaycan Premyer Liqası təbii ki, Çexiyanın 3-cü Liqasından üstündür.
- Bura gələndən sonra həmyerliniz Fernandu Santuşla görüşünüz olub?
- Bir yoxlama oyunumuza gəlmişdi. Orada görüşdük. Amma Azərbaycan futbolu ilə bağlı elə geniş söhbətimiz olmayıb.
- İlk üç turda iddialı rəqiblərlə qarşılaşırsınız. Püşkdə bəxtinizin gətirmədiyini demək olar?
- Bilirdik ki, bizi üç çətin oyun gözləyir. Bunu bilərək komandanı hazırlayırdıq. Gördüyünüz kimi "İmişli" heç bir rəqibdən geri qalmadı. Hazırlığımız yaxşı keçib. "Sabah" sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşacağıq.
- Komandanızda ikili mübarizələrdə axsama hiss olunur. Bunu necə aradan qaldıracaqsınız?
- Komandamız fiziki cəhətdən yaxşı hazırlaşıb. Bizim gənc oyunçularımız çoxdur. Belə hallar müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, bizim futbolçular fiziki cəhətdən zəifdir. Çatışmazlıqların üzərində işləyirik. (sportal.az)
"Bavariya"dan PSV-yə
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video