Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Qol.az xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.
Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq dünya çempionu Yovlis Bonne Rodrigerə (Kuba) qalib gəlib və 1/4 finala yüksəlib.Behnam Eşaq Ehsanpurla (İran) qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.Ehsanpur finaladək irəliləyə bilmədiyindən, Qvarzatilov mübarizəni dayandırmalı olub.
Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi Dmitri Tkaçenkoya yenərək 1/4 finala adlayıb. Bu mərhələdə Qalimjan Usserbayevi devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Taymuraz Salkazanova 4:3 hesabı ilə qalib gələn təcrübəli pəhləvan finalda ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.
Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısı Cavrail Şapiyevi məğlub olub. Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisi Minvon Seonu üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisi Valeri Andreytsova gücünü göstərərək adını 1/4 finala yazdırıb. O, yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2. Həlledici qarşılaşmada rəqib olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev (Rusiya) olacaq.
61 kq
1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba) - 7:0
1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) - 12:13
79 kq
1/8 final - Cəbrayıl Həsənov -(Ukrayna) - 7:0
1/4 final - Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (Qazaxıstan) - 13:4
1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (Slovakiya) - 4:3
86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) 1:4
97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (Cənubi Koreya) 11:4
1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (Ukrayna) 4:0
1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)
1/2 final. Şərif Şərifov - Kayl Snayder (ABŞ) - 5:2
"Barselona"dan ayrılır
"İnter" hücumçu aldı
O pulu ailəsi alacaq
Hara gedirsən, Benzia?
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır