"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az -ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Hər bir görüşə motivasiya ilə çıxırıq. Amma onu da dərk edirik ki, bu qarşılaşma çempionatın vacib matçlarındandır. Ümid edirəm ki, bu qələbə "Sevilya" ilə keçirəcəyimiz oyunda da bizə kömək edəcək.
- Rəqibiniz ötən il çempion ola bilmədi. Bu il daha iddialı mübarizə aparmaq fikrindədir. Amma bu matç bir daha göstərdi ki, "Qarabağ" üstündür. Komandanız üçün çempionluq mübarizəsinin çox asan keçəcəyini demək olar?
- Bizi hələ uzun yol gözləyir. İndidən nəyinsə qazanıldığını deyə bilmərik. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Büdrəməməyə çalışacağıq.
- Növbəti oyununuzu "Sevilya"ya qarşı keçirəcəksiniz. Bu komandadan Bakıda xal almaq olar?
- "Sevilya"dan güclü oyunçular getsə də, yerinə yaxşıları da gəlib. İstənilən halda biz əlimizdən gələni etməyə çalışacağıq.
- Qrupdan çıxmaq şansı haqda nə deyə bilərsiniz?
- Bu barədə nəsə danışmaq düzgün olmaz. Ən yaxşısını etmək istəyirik.
"Bavariya"dan PSV-yə
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video
"Kayrat", Dastan və bizimkilər
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı