Bu yay Hollandiyanın “Kambyur” klubundan İranın “Qohar” komandasına keçən Kevin Yansenin xanımı qəribə hadisə ilə üzləşib.
Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 2-ci turda “Saypo” komandası ilə matçı izləmək üçün stadiona gedən 27 yaşlı hollandiyalı oyunçunun həyat yoldaşı sonadək əyləşdiyi VİP tribunada otura bilməyib. Fasilədə ondan oranı tərk etmək xahiş olunub. Bu səbəbdən o, ikinci hissəni stadionda yerləşən klubun ofisindən izləmək məcburiyyətində qalıb.
Qeyd edək ki, 1979-cu ilin İslam inqilabından sonra İranda qadınların stadiona girişinə qadağa qoyulub. Amma bu qadağalar bir neçə dəfə pozulduğu hallar olub. Bu yaxınlarda isə ölkənin idman nazirinin müavini Cəmşid Tağızadə bildirib ki, bu il oktyabrın 10-da Kambocaya qarşı Tehranda keçiriləcək DÇ-2022-nin seçmə matçına qadın azarkeşlər buraxılacaq.
Ronaldo, Messi, Ramos...
Xabi "yeni Kroos" tapdı
Konte şikayətləndi
"Döyüşkən komandaya qarşı oynadıq" - Valdas Dambrauskas
"Sabah" "Qəbələ"ni belə məğlub etdi - Video
"Oyunumuz var, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze
“Traktor”dan ÇL-də növbəti qələbə
"Sabah" "Qəbələ"yə qalib gəldi
Pioli "Fiorentina"dan göndərilir