Haiti mətbuatı Geryenin "Neftçi"yə keçidini lağa qoydu

Haiti mətbuatı Geryenin "Neftçi"yə keçidini lağa qoydu
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2019 / 12:36 11589
-  A +

Haitili futbolçu Donald Geryenin "Neftçi"yə keçidi ölkəsində birmənalı qarşılanmayıb.

Qol.az xəbər verir ki, Haiti mətbuat 30 yaşlı futbolçunun "Qarabağ"dan ayrıldıqdan sonra yenidən Azərbaycana - "Neftçi"yə qayıtmasını lağa qoyub.

Məsələ burasındadır ki, Gerye bir müddət əvvəl digər haitili Soni Nordenin "Zirə"yə keçidi haqda xəbər paylaşımına "Yox, qardaş, bu, heç bir şəkildə sənin səviyyəndə deyil" rəyini yazıb.

Haiti mətbuatı bu mesajı xatırladaraq Geryenin addımının anlaşılmadığını yazıb: "Donaldın Soniyə ismarıcı yaddan çıxmayıb. O, utancverici mesaja rəğmən yenidən bu ölkədə çıxış etmək qərarına gəlib. Zaman sürətlə keçir və fikirlər də istənilən vaxt dəyişir".

Qeyd edək ki, Donald Gerye "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"