Xorvatiya millisinin futbolçusu Borna Barişiç Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.
Qol.az-ın məlumatına görə, "Reyncers"in müdafiəçisi klubun saytına açıqlamasında sözügedən görüşlər haqda da danışıb: "Ölkəm üçün oynamaq mənim üçün əhəmiyyətlidir. Bizi qarşıda Slovakiya və Azərbaycanla çətin matçlar gözləyir. Bu həftə "Reyncers"də mənə uğurlu oldu. İndi milli ilə qarşıda böyük həftə var".
Qeyd edək ki, Xorvatiya sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq.
"Qarabağ"da şok itki
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi