"Futbolçularımız üzülməməlidir, ilk oyundur" - Sənan Qurbanov

"Futbolçularımız üzülməməlidir, ilk oyundur" -  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 17 Avqust 2019 / 22:06 3274
-  A +

“Çempionatın ilk oyunu idi. İstəməzdik ki, məğlub olaq. Yaxşı oynayıb, yaxşı epizodlar yaratdığımızı desəm, bəlkə başa düşülməyəcək. Amma bütövlükdə oyuna nəzarət etdik. Sadəcə, hücumlar kəsərli olmadı, son nöqtəni qoya bilmədik".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Sumqayıt"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə görə ruhdan düşmədiklərini və növbəti turlarda daha yaxşı çıxış edəcəklərini bildirib:"Məşqlərdə üzərində işlədiyimiz elementləri meydanda gördüm. Bu, sevindirici haldır. Futbolçular üzülməməlidirlər. İlk oyundur, irəli baxmaq lazımdır. Oyunçular inkişafı düşünməlidirlər. Onlara təsir edir ki, nəticə oyuna görə olmadı. Çalışacağıq futbolçuları bu durumdan çıxaraq. Qarşıda hələ çox oyunumuz var. Hücumda son nöqtəni qoya bilmirik. Təəssüf ki, hər şey edirik, amma qol çatmır. Kristian Kouakounu transfer etmişik. Amma zədələndir. Ülvi İsgəndərov hücumda tək qalıb. Ona inanırıq, gənc hücumçudur. Futbolçular özlərinə inanmalıdırlar. Bütün oyunçular üzərinə düşəni yerinə yetirməlidir. Zədələnən Anar Nəzirov da, cəzalı duruma düşən Asif Məmmədov da bizim üçün böyük itkidir. Çalışacağıq ki, onların yerini dolduraq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı