"Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində Bakıda "Bney Yehuda" ilə 2:2 hesabı ilə heç-heçə etdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Diqqətsizliyə görə 2 top buraxdıq. Rəqib bizi əks-hücumda yaxaladı. Komandamız əzmkarlıq nümayiş etdirdi. Sona qədər vuruşduq və bərabərliyə nail olduq.
- Rəqib hesabda 2:0 önə keçəndə qalib gələ biləcəyinizi düşünürdünüz?
- Əlbəttə. İlk hissənin sonlarına yaxın vurduğumuz qol bizə daha çox inam verdi. Fasilədə baş məşqçimiz bir neçə taktiki dəyişikliklər etdi və tapşırıqlarını verdi. Vəziyyəti dəyişəcəyimizə inanmımız böyük idi, bunu bacardıq.
- Oyununuzun alınmamağı nə ilə bağlı idi?
- İnanmıram ki, öz oyunumu göstərə bilməyim. Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Son oyunlar hamı görür ki, “Neftçi” qalib gəlir. Axırıncı iki oyunda iki qola imza atmışam. Deməzdim ki, oyunumuz istənilən kimi alınmır.
- Bu gün komandaya kömək edə bildiniz?
- Əlbəttə, inanıram ki, köməyim dəydi. İlk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü və qol vurdu. O qolda mənim də payım oldu.
- İsraildəki oyunda şansları necə hesab edirsiniz?
- Komandaya inamım böyükdür. Son oyunlar yaxşı çıxış edirik. Güclü komanda olduğumuzu göstərmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. Öz futbolumuzu oynayacağıq. Buraxdığımız iki qol “Bney Yehuda”nın gözəl oyununa görə deyildi. Qolları öz səhvlərimiz ucbatından buraxdıq. Ona görə də İsraildə nəticənin bizim xeyrimizə olacağına inanıram.
- Mətbuatda “Bney Yehuda”nın Tula “Arsenal”ından daha zəif rəqib olduğu barədə yazılanlar sizi arxayınlaşdırmırdı?
- Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Bəzən zəif sayılan komanda güclüyə qalib gəlir. Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim.
Vinisiusun evində yanğın
Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”
“Yuventus”un Tonali üçün yeni transfer planı
İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı
Keyn sentyabrın ən yaxşı oyunçusu seçildi
Laporta de Yonqa cavab verdi: “Barselona” ABŞ-da oynayacaq
Hakan Çalhanoğlu karyerasını Türkiyədə davam etdirə bilər
Ötən ayın ən yaxşısı seçildi
Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi
“Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir
U-19 millimiz Özbəkistanla heç-heçə etdi
"Napoli"də itkilər
"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe
"UEFA heç vaxt yalnız 12 klub üçün turnir təşkil etməyəcək"
De Yonqdan etiraz - "La Liqaya qarşı hörmətsizlikdir"
Mikolenko Azərbaycanla qarşıdakı oyun haqda danışdı
La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı
İlk dəfə milliyə dəvət edildi - "Elə bildim dələduzluqdur"
“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından sosial layihə - “Yol ver, qalib gəl”
Yılmaz Vuralın işi bir ay çəkmədi
Kapitan millinin iki oyununu buraxacaq
Mundiala neçə komanda vəsiqə qazanıb?
"Barselona" - "Vilyarreal" oyunu ABŞ-da - Rəsmi
"Yuventus" Kenan Yıldıza üçqat maaş təklif etdi
Tanınmış klubun baş məşqçisi vəfat edib
“Netflix” Çempionlar Liqasının yayım hüququnu ala bilər
Volkan Demirəl Superliqaya qayıdır
"Real"ın futbolçusu azərbaycanlı xanımla qohum oldu - Video