Lukaku "İnter"in ən bahalı transferi oldu - rəsmi

Lukaku "İnter"in ən bahalı transferi oldu -  rəsmi
DÜNYA FUTBOLU 8 Avqust 2019 / 20:10 6063
-  A +

“Mançester Yunayted”in futbolçusu Romelu Lukakunun “İnter”ə keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə Milan klubunun saytı məlumat yayıb. 26 yaşlı forvardla 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

“İnter” belçikalı hücumçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyib. Bu, klub tarixinin ən bahalı transferidir. 

Qeyd edək ki, 2017-ci ildən “Mançester Yunayted”də çıxış edən Lukaku ötən mövsüm "qırmızı şeytanlar"da  45 oyuna 15 qol vurub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı