"Futbolçular hələ tam formada deyillər" - Ayxan Abbasov

"Futbolçular hələ tam formada deyillər" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 5 İyul 2019 / 22:27 2265
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis deyib:

"Mövsümə hazırlıq toplanışımızda ilk oyunumuz olduğundan nisbətən çətinlik yaşadıq. Çünki futbolçularımız hələ tam formada deyillər. Yüklənməni yavaş-yavaş artırırıq. Bu qarşılaşmada iki müxtəlif heyətlə oynadıq. Futbolçulara fərqli tapşırıqlar vermişdik. Nəticədən asılı olmayaraq futbolçulardan razı qaldım".

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki