"Qarabağ" Bədavi Hüseynovun durumunu açıqladı

"Qarabağ" Bədavi Hüseynovun durumunu açıqladı
ÖLKƏ FUTBOLU 5 İyul 2019 / 00:01 4683
-  A +

"Viktoriya” ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.

Onun adının iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.

Daha çox


Son xəbərlər