"Səbail" "Monako"nun yetirməsini baxışa çağırdı

"Səbail" "Monako"nun yetirməsini baxışa çağırdı
ÖLKƏ FUTBOLU 2 İyul 2019 / 14:30 3698
-  A +

"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, Bakı klubunun düşərgəsində yeni futbolçu var. Bu, "Monako"nun yetirməsi olan hücumçu Junior Mapukudur. Bir neçə gündür "Səbail"də baxışda olan konqolu futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, son olaraq Rumıniyanın "Dunarea Kalarasi" klubunda çıxış edən Mapuku peşəkar karyerasına "Monako"da başlayıb. Fransa klubunun əsas komandasında debüt şansı qazanmayan 29 yaşlı forvard B komandasında çıxış edib. Müxtəlif vaxtlarda Yunanıstan, Bolqarıstan, Türkiyə, Misir və Çində də oynayan Mapuku geridə qalan mövsümdə cəmi 4 oyun keçirib və qol vura bilməyib.

Daha çox


Son xəbərlər