2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir.
Qol.az xəbər verir ki, bu gün kişilərin yarışında Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) mübarizəyə başlayıb.
Azərbaycanın yarışdakı bayraqdarı olan R. Orucov 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə vaza-ari xalı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə 1 dəqiqə 51 saniyəyə qalib gələn cüdoçumuz finala yüksəlib. O, həlledici görüşdə isveçli Tommi Masiasla üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Rüstəm gümüş medalla kifayətlənib.
Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz bürünc medal uğrunda mübarizə aparıb. Laşa Şavdatuaşvili qalib gələn Heydərov bürünc medal qazanıb.
Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu medalsız qalıb.
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"