Azərbaycandan 4-cü medal - Avropa oyunları

Azərbaycandan 4-cü medal - Avropa oyunları
XƏBƏR 22 İyun 2019 / 20:32 3539
-  A +

Azərbaycan Belarusun paytaxtı Minskdə keçirilən II Avropa oyunlarında növbəti medalını qazanıb.

Qol.az xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bu dəfə bürünc medala sahib çıxıb. Onlar balanslı hərəkətlərdə 28,160 bal toplaraq, üçüncü olublar. İlk iki yeri isə müvafiq olaraq, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) və Artur Belyakov - Volqa Melnik (Belarus) cütlüyü tutub.

Qeyd edək ki, Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə də gümüş medal qazanıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki