"Neftçi”nin yarımmüdafiəçisi Vanqelis Platellas klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, Bakıda keçirdiyi yarım ili və təlim-məşq toplanışını dəyərləndirən yunanıstanlı futbolçu azarkeşlərin də dəstəyilə məqsədə çatacaqlarını deyib.
- Artıq yarım ildir "Neftçi”nin şərəfini qoruyursan. Təəssüratların necədir?
- İlk dəfə Azərbaycana gələndə nə ölkəni tanıyırdım, nə dostlarım var idi, nə də dili yaxşı bilirdim. Buna görə də əvvəllər bir az çətinliyim oldu, amma komanda yoldaşlarımın, klubda çalışanların sayəsində tez uyğunlaşa bildim. Artıq bir-birimizi həm meydanda, həm də meydandan kənarda çox yaxşı başa düşürük. Bu da gözəl kollektivimizin olmasından xəbər verir. Bu amillərin hamısı mənim komandaya, çempionata, ölkəyə adaptasiya olmağıma çox kömək etdi. Bura gəlməzdən əvvəl Azərbaycanı, paytaxtı bu cür təsəvvür etmirdim. Amma gəlib görəndən sonra deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Qonaqpərvər millətiniz var. İnsanlar çox gülərüzdülər. Hara gedirəmsə, çox xoş qarşılanıram. Bu da məni çox sevindirir. Deyərdim ki, Bakı Yunanıstanın Saloniki şəhərinə bənzəyir. Bu şəhərlərin oxşarlıqları çoxdur.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hazırlıq keçdiyimiz baza çox yaxşıdır, hər cür şəraiti var. Oyun və məşq meydançaları yüksək səviyyədədir. Hava şəraiti də yaxşıdır. Məşqlərimiz həm yaxşı, həm də yorğunluq fonunda keçir. Təlim-məşq toplanışında olduğumuz üçün bu da normaldır. Bilməliyik ki, orqanizmimiz neçə faiz hazırdır. Hazırlığı yaxşı qiymətləndirərdim.
- İlk yoxlama oyununda qələbə qazandız...
- Toplanış çərçivəsində ilk sınaq matçımız idi. Şadam ki, qalib gəldik, amma yoxlama görüşlərində nəticə çox vacib olmamalıdır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Hər oyunda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələn dəfə eyni səhvlərə yol verməyək. Yaxşı oyun oldu. Fasilədən sonra gənc futbolçulara da şans verildi. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Bunların hamısı sevindirici haldır.
- Qısa müddətdə azarkeşlərin sevimli futbolçularından birinə çevrildin. Onlara nə demək istərdin?
- Mənim üçün çox xoşdur ki, qısa müddətdə azarkeşlərin rəğbətini qazanmışam, onların sevimlisi olmuşam. Həm azarkeşlərin, həm də klub rəhbərliyinin, "Neftçi”də çalışanların dəstəyini hiss edirəm. Onlara təşəkkürümü bildirirəm. Bizdən çox şey gözləyirlər. Çalışacağıq, onları qələbələrlə sevindirib, etimadı doğruldaq. Qarşıdan Avropa Liqasının oyunları gəlir. Bununla belə, ölkə çempionatına da çox ciddi hazırlaşacağıq. Keçənilki səhvləri təkrarlamayıb, "Neftçi”ni layiq olduğu yerə – çempionluğa gətirməyə çalışacağıq. İstərdim ki, Avropa Liqasına qələbə ilə başlayaq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İnanıram ki, onların da dəstəyi ilə məqsədimizə nail olacağıq.
Müller Messiyə çatdı
5 qol vuruldu, "Füzuli" qalib gəldi - Video
ABŞ klubu De Brüyneni hədəflədi
Cəfərovdan poker, "Şəmkir"dən 6 qol - Video
2-ci Liqada tura yekun vuruldu
Türkiyə kubokunda final matçının məkanı açıqlandı
Klopp məşqçilik karyerasını bərpa edir?
Keyn Neymar və Balotellidən ilhamlanıb
"Barselona"nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz
"Bu futbolçulara inanıram" - Aqil Nəbiyev
Qrizmannın qərarı bilindi
Ançelotti: "Mən Ronaldo kimi futbolçu görməmişəm"
Aron Bupendzanın faciəvi ölümü
"Qarabağ" "Azərsun Arena"ya qayıdır
"Sabah"ın U-13 komandası "Mançester Siti" ilə eyni turnirdə
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya edildi
AFFA-dan Berdıyevə sərt cəza
Premyer Liqa klublarına cəza və cərimələr
Hava şəraitinə görə bu oyunun yeri dəyişdirildi
Çempionlar Liqası tarixinə düşən afrikalı
Dembeləyə mükafatı zorla verdilər - Video
UEFA Türkiyədə nümayəndəlik açır
"Barselona"nın seriyası 24 oyundan sonra qırıldı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
"Borussiya" - "Barselona" oyunundakı maraqlı qollar - Video
“Qarabağ”ın sabiq futbolçusu B seriyasında
"Barselona" və PSJ yarımfinalda - ÇL
Haaland və Levandovskinin rekordu qırıldı
"Əksər oyunçular ağrıkəsici hesabına meydana çıxmışdı"
"Dinamo"dan baxımlı qol və qələbə - Video
"Sumqayıt"da yeni müqavilə - Rəsmi
Millimiz böyük hesabla Xorvatiyaya məğlub oldu
"Mançester Yunayted"də itki
Amil Yunanovdan het-trik, "Şəfa"dan qələbə - Video
İnzaqi "Bavariya"nı "Real"la müqayisə etdi
Ançelotti öz istefası ilə bağlı sualı cavablandırdı
Boksçularımızdan 8 qızıl və 3 gümüş medal
Ayın qolunun müəllifi mükafatlandırıldı
Bu iki futbolçu "Mançester Yunayted"dən ayrılır
Ançelotti: "Arzum "Liverpul"un baş məşqçisi olmaq idi"
"İnter"in İnzaqi ilə bağlı qərarı bəlli oldu
“İmişli” – “Qəbələ” oyununun hakimləri məlum oldu
Konte: "Bizə təşəkkür etməlisiniz"