Yoahim Löv: “Favorit İspaniya millisidir”

XƏBƏR 7 İyul 2010 / 18:21 1751
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində bu gecə İspaniya yığması ilə qarşılaşmalı olan Almaniya millisinin baş məşqçisi Yoahim Löv, olduqca gərgin keçəcəyi gözlənilən oyun öncəsi rəqiblərini favorit kimi göstərib. Qol.Az-ın məlumatına görə, Löv öz oyunlarını oynamağa çalışacaqlarını bildirərək, “uzun zamandır ki uğurlu bir sistemlə oynayırıq. İspaniya ilə oyunda da bu sistemi dəyişdirməyəcəyik. Onları səhv etməyə məcbur etməliyik. Olduqca aqressiv oynamalıyıq”- deyə əlavə edib.
Hələlik finalı fikirləşmədiklərini deyən Löv daha sonra bunları bildirib: “ Çox yaxşı əhval-ruhiyyədəyik. Lakin, yarımfinalda olduğumuzu da unutmamışıq. İspaniya çox çətin bir rəqibdir və bu oyunun favoriti onlardır. Əgər onlara qalib gələ bilsək, final haqqında düşünə bilərik”.


Son xəbərlər