"Yenidən Azərbaycanda oynamaq istərdim" - Erik Ramos

"Yenidən Azərbaycanda oynamaq istərdim" - Erik Ramos
ÖLKƏ FUTBOLU 17 İyun 2019 / 14:24 3611
-  A +

Mövsümün sonunda "Sabah"dan ayrılan Erik Ramos karyerasını ölkəmizdə davam etdirmək istəyir.

Bu barədə Qol.az-a açıqlamasında paraqvaylı yarımmüdafiəçi özü məlumat verib. Azərbaycanda oynamaq istəməməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edən 32 yaşlı futbolçu ölkəmizdə özünü xoşbəxt hiss etdiyini deyib:

"Azərbaycan mediasında mənim orada oynamaq istəmədiyimi yazıblar. Halbuki bu, həqiqətə uyğun deyil. Mən elə söz deməmişəm. Açığı, haqqında olmayan şeylərin yazılması adama pis təsir edir. Hazırda azad futbolçuyam və yeni klub axtarıram. Yenidən ölkənizə qayıtmaq istərdim. Çünki orada özümü çox xoşbəxt hiss edirəm".

Ramos "Sabah"dan gedişinin səbəbini də açıqlayıb: "Sabah"la yeni müqavilə barəsində bütün detalları razılaşdırmışdıq. Ancaq daha sonra dedilər ki, səninlə yola davam etmək istəmirik. Nəticədə yollarımızı ayırdıq. Səbəbini özüm də bilmədim".

Qeyd edək ki, Ramos geridə qalan mövsümün əvvəlindən "Sabah"da çıxış edirdi.

Daha çox


Son xəbərlər