Milli komandamızın “Avro-2020”nin seçmə mərhələsində Macarıstan, daha sonra isə Slovakiyaya ardıcıl məğlubiyyətlərindən sonra təkcə azarkeşlərin deyil, medianın sərgilədiyi mövqe də diqqət çəkir. Futboldan yazmaq üzrə ixtisaslaşan peşəkar idman mətbuatının yanaşmasına toxunmazdan əvvəl bəzi ictimai-siyasi saytlardakı yazılara toxunmağı vacib sayırıq. Çünki məhz bu yazıların sosial şəbəkələrdə əlavə pul ödənilməklə reklam olunaraq tirajlanması sayəsində milli komandanın son iki nəticəsinə görə diqqətin əsas ünvandan yayındırılmasına cəhdlər edilir.
Xüsusilə bu yazılarda məğlubiyyətə görə bütöv komanda deyil, yalnız “Qarabağ” komandasının millidəki üzvləri - əsasən də Qara Qarayev, Bədavi Hüseynov və Rahil Məmmədov tənqid edilir, onların milliyə layiq olmadığı bildirilir. Amma əsas eyham heç şübhəsiz ona vurulur ki, bu futbolçular bilərəkdən oynamayıb. Yəni “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur və dolayısı ilə elə fikirlər formalaşdırmağa uğursuz cəhdlər edilir ki, sanki futbolçulara uduzmaqla bağlı klubdan sifariş verilib. Əlbəttə, yalnız Azərbaycan futbolundan bixəbər insanlar belə naşı yanaşma ortaya qoya bilərdilər. Çünki bu iddianı ortaya atmazdan əvvəl düşünmək lazımi idi ki, həmin futbolçular Nikola Yurçeviçdən əvvəl - Qurban Qurbanovun dönəmində də millidə oynayıblar və komandamızın Millətlər Liqasındakı uğursuz çıxışında onların payı az olmayıb. İndi sual olunur. Əgər həqiqətən də “Qarabağ”ın futbolçuları Macarıstan və Slovakiya ilə görüşlərdən bilərəkdən oynamayıblarsa, o zaman Millətlər Liqasında futbolçuların çətin matçlarda xarakter göstərməməsi, imkanlarından xeyli aşağı səviyyədə çıxış etməsinin “sifarişçisi” kim idi: yənədəmi Qurban Qurbanov və “Qarabağ” klubu?
Bəli, heç bir məntiq yoxdur. Amma “Avro-2020”nin son iki matçından sonra ictimai-siyasi mediada belə iddialar ortaya atılır, Ağdam klubunun futbolçuları hədəf göstərilir, amma qəribə və təəccüblüdür ki, nəyə görəsə, hələ federasiya rəhbərliyi bir kənara, hətta baş məşqçi Nikola Yurçeviçlə bağlı da bir dənə də olsun tənqid səsləndirilmir. Niyə? Axı, bütün Azərbaycan, hətta sıravi azarkeş belə bilir ki, son matçların yanlış heyətini, uğursuz taktikasını artıq millidən kənarda olan Qurban Qurbanov, onun klubu “Qarabağ” deyil, məhz elə bu xorvat məşqçi müəyyənləşdirib. Deməli, uğursuzluqda günahkar da birbaşa odur. Amma AFFA-ya yaxınlığı ilə bilinən ictimai-siyasi və idman mediasında ya bu fakta ümumiyyətlə toxunulmur, ya da üzərindən səthi keçilir. Görünür, səbəb odur ki, Yurçeviçi milliyə AFFA-nın hazırkı rəhbərliyi gətirib. Elə əsas məsələlərdən də biri budu ki, komanda niyə təcrübəsiz birinə həvalə olunur? Azarkeşlər millinin elə ən son oyununda kütləvi halda federasiyanı istefaya səslədiyi halda, niyə bəzi media qurumları bu faktı görməzdən gəlir? Futboldakı problemlərin əsl səbəbləri və günahkarları göstərilmir? Əvəzində hədəfə yalnız Qara Qarayev, Bədavi Hüseynov və digər futbolçular gətirilir.
Əslində bilinən faktdır ki, bizim millinin son uğursuzluqlarının səbəbkarları təkcə baş məşqçi, meydanda olan futbolçular deyil, həm də illərdi komandanın işinə müdaxilə edən, ümumiyyətlə, futbolun inkişafına əngəl olan futbol məmurlarıdır. Onların kimlər olduğunu da hamı yaxşı bilir. Amma bəzi idman jurnalistləri, təəssüf ki, hətta bu cür biabırçı məğlubiyyətlərdən sonra belə qeyri-obyektivlik edir, bir-iki cümlə ilə də olsa həqiqi ünvanı göstərmirlər, göstərmək istəmirlər. Hədəf kimi bir tək arxası-dayağı olmayan Qara Qarayevi, Bədavi Hüseynovu və digər futbolçuları seçirlər. Bununla da diqqət əsas adamlardan, uğursuzluqlarda futbolçular, məşqçilərdən az payı olmayan AFFA rəsmilərindən yayındırılır.
Təəssüf ki, son illər idman mediamızda ciddi deqradasiya gedir, saytların çoxusu ya maliyyə, ya da bir-iki xarici səfərə görə federasiyadan, klublardan asılı vəziyyətə düşüb. Bütün bunlara görə çox halda bəzi jurnalistlər real problemləri görməzdən gəlir. Millinin son uğursuzluqlarından sonra bəzi media qurumlarının sərgilədiyi mövqe isə artıq heç bir vicdana sığmır və idman jurnalistikasının onsuz da batmaqda olan nüfuzuna ciddi zərbə vurur...
AFFA prezidentindən də “Qarabağ”a təbrik
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan Çempionlar Liqası şərhi
Püşkatma nə vaxtdır? - “Qarabağ” üçün 8 rəqib
"Qarabağ" Çempionlar Liqasında!
“Araz-Naxçıvan” ÇL-ə böyükhesablı qələbə ilə başladı
"Mançester Yunayted"in futbolçusu "Çelsi"yə keçəcək
İtaliya millisinin sabiq müdafiəçisi karyerasını bitirdi
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Millimizin qapıçısı karyerasını Kosovoda davam etdirəcək
İslandiya millisinin Azərbaycana qarşı heyəti açıqlandı
İngiltərədən "Borussiya"ya
"Real"ın futbolçusu "Marsel"ə keçir
"Liverpul"un sabiq futbolçusu aşağı liqa klubunda
Nihat Kahvecidən "Qarabağ"la bağlı nikbin açıqlama - Video
"Beşiktaş" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının yeni topu təqdim olundu - Şəkillər
İtaliya millisinin sabiq üzvü karyerasını başa vurdu
"Çelsi"nin müdafiəçisi "Borussiya"da - Rəsmi
AFFA "Karvan" və "Araz-Naxçıvan"ı cərimələdi
"Azərbaycan millisində oynamağa tərəddüd edirdim"
Santuş millinin heyətini nə vaxt açıqlayacaq?
“Kayrat”dan “Qarabağ”a dəstək - Video
"Yuventus"un futbolçusu Braziliya klubuna keçdi
"Qarabağ"la oyun haqda iddialı danışdı
Nərimanı qorumaq vaxtı...
Aleksey İsayev: "Qurban Qurbanov insanlıq nümunəsidir"
"Kayrat"ın uğuru Qazaxıstanda belə qeyd olundu - Video
“Kayrat”dan tarixi zəfər - Çempionlar Liqası
"Yuventus" onu satmaq istəyir
Dembele Messinin təsirindən danışdı
"Qarabağ" yeni transferini rəsmən açıqladı
"Mən məğlub olmağı sevmirəm" - Robbi Kin