Azərbaycan - Slovakiya: hakim təyinatları açıqlandı

Azərbaycan - Slovakiya: hakim təyinatları açıqlandı
ÖLKƏ FUTBOLU 8 İyun 2019 / 18:18 2547
-  A +

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Slovakiya oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona Alan Malvenni və Sin Karr köməklik edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü iyunun 11-i saat 20:00-da başlayacaq.


Son xəbərlər