"Azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər. Bu anı gözləyirik".
Qol.az "Football.london"a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıda keçiriləcək Avroliqanın finalında yetərincə azarkeş dəstəyi alacaqlarına ümid etdiyini bildirib: "Arsenal"lın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu da bilirəm. Yəqin ki, onlar da stadionda olacaqlar. Amma Londondakı fanatlarımızın da bizimlə olmasını istəyirik".
İspaniyalı məşqçi erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilməməsi ilə bağlı da danışıb. 48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan hökumətinin futbolçunun Bakıdakı təhlükəsizliyi ilə bağlı verdiyi təminata inanır: “Mən onlara inanıram. Ancaq bu, onun şəxsi qərarıdır. Qərara hörmətlə yanaşlaıyıq. O, ailəsi ilə də danışdı. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşünürəm".
Xatırladaq ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Çelsi” ilə qarşılaşacaq.
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir
MOİK-dən baxımlı qol və qələbə - Video
"Raysın cərimə zərbələrinin təsirli olduğunu düşünmürəm"
MOİK və "Zaqatala"dan qələbə, Lökbatanda qol vurulmadı
"Mançester Siti"dən Uolker qərarı
AFFA-nın sabahkı konfransının gündəliyində nələr var?
Millimizin qapıçısı: "Komandamız buna layiqdir"
Poqba: "Küçədə öz-özümə futbol oynayırdım"
Ayın qolunun müəllifi mükafatlandırıldı
Rafinya Messinin 13 il əvvəlki uğurunu təkrarladı
21 yaşlı futbolçu qapıçı ilə toqquşdu, vəfat etdi