Balayev qayıtdı, komandası qələbə qazandı

Balayev qayıtdı, komandası qələbə qazandı
XƏBƏR 18 May 2019 / 17:05 3576
-  A +

Qazaxıstan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu gün "Atyrau"nu qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Zədəsini sağaldan E.Balayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Tobol" bu qələbədən sonra 23 xalla "Kaysar"la birgə 2-3-cü  pillələri bölüşdürür. "Astana" isə 28 xalla liderdir.


Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı