Kubokda nominal meydan sahibi bilindi

Kubokda nominal meydan sahibi bilindi
ÖLKƏ FUTBOLU 3 May 2019 / 13:08 2423
-  A +

Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub.
 
Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər