"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunun rəhbərliyi ilə yay transfer pəncərəsinin planlarını müzakirə edib.
Qol.az-ın "Corriere dello Sport"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu söhbət zamanı altı futbolçunun transferini məsləhət görüb.
34 yaşlı oyunçunun siyahısının ilk pilləsində həmyerlisi hücumçu Joau Feliş ("Benfika") yer alıb. Bundan başqa, Ronaldo yarımmüdafiəçi İsko, müdafiəçi Rafael Varan (hər ikisi "Real"), müdafiəçi Kostas Manolas ("Roma"), hücumçu Federiko Kyeza ("Fiorentina") və yarımmüdafiəçi Tanqay N'Dombelenin ("Lion") "Yuventus"a transfer olunmağını istəyir. O hesab edir ki, bu futbolçular komandanı daha da gücləndirəcək və növbəti mövsüm Çempionlar Liqasında uğur qazanmağa kömək edəcək.
Bildirilir ki, bütün namizədləri Ronaldo baş məşqçi Massimiliano Alleqri ilə müzakirə edib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?