Alleqri 1965-ci ildəki rekordu təkrarladı

Alleqri 1965-ci ildəki rekordu təkrarladı
DÜNYA FUTBOLU 22 Aprel 2019 / 12:33 2525
-  A +

"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, İtaliya A Seriyasında ardıcıl 8-ci çempionluğunu rəsmləşdirən Turin təmsilçisinin çalışdırıcısı bir klubla ardıcıl 5 dəfə çempion olmağı bacaran ikinci məşqçi olub.

Alleqridən əvvəl bunu Miqel Munyos bacarmışdı. 14 il Madrid klubunu çalışdırmış Munyos "Real”la 1961-1965-ci illər aralığında İspaniya çempionatının qalibi olub.

Xatırladaq ki, Turin klubu aprelin 20-də mövsümün sonuna 5 tur qalmış "Fiorentina"ya qalib gələrək (2:1) 8-ci çempionluğunu bayram edib.

Son xəbərlər