"Messi olmasa, "Liverpul" favoritdir" - Mourinyo

"Messi olmasa, "Liverpul" favoritdir" -  Mourinyo
DÜNYA FUTBOLU 20 Aprel 2019 / 13:50 4414
-  A +

“Real”ın sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Barselona” və “Liverpul”un şanslarını dəyərləndirib.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Marca”ya açıqllamasında “Barselona”nın mərhələ keçməsinin kapitan Lionel Messidən asılı olduğunu bildirib:

“Əgər Messi olmasa,  “Liverpul” favoritdir.  Ancaq Messi meydanda olsa...  Messi Messidir.  Onu meydanda qəfəsə salmaq mümkün deyil.

Messi topu alıb, fərdi oynasa, bitdiniz. Buna görə də heç vaxt Messiyə qarşı fərdi oynamaq taksikasını sevməmişəm”.

Qeyd edək ki, “Barselona” “Liverpu”u mayın 1-də qəbul edəcək. Cavab matçı isə mayın 7-də İngiltərədə olacaq.

Son xəbərlər