Avrokuboklarda ingilis hegemonluğu

Avrokuboklarda ingilis hegemonluğu
DÜNYA FUTBOLU 19 Aprel 2019 / 11:12 3527
-  A +

Bu mövsüm avrokuboklarda ingilis klubları uğurlu çıxışı ilə diqqət çəkir.

Qol.az-ın məlumatına görə, həm Çempionlar Liqası, həm də Avropa Liqasında yarımfinala vəsiqə qazanan 8 komandadan dördü Premyer Liqa təmsilçiləridir. "Liverpul" və "Tottenhem" qitənin bir nömrəli, "Arsenal" və "Çelsi" isə ikinci dərəcəli klub turnirində ən yaxşı 4 komanda arasına vəsiqə qazanıblar.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Liverpul" "Barselona", "Tottenhem" isə "Ayaks"la qarşılaşacaq. "Arsenal"la "Çelsi"nin Avroliqada final yolundakı son rəqibləri isə müvafiq olaraq, "Valensiya" və "Ayntraxt"dır.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"