"Bavariya"nın prezidenti təsdiqlədi: "Onlar üçün vida matçı keçirəcəyik"

"Bavariya"nın prezidenti təsdiqlədi: "Onlar üçün vida matçı keçirəcəyik"
DÜNYA FUTBOLU 25 Fevral 2019 / 16:46 4118
-  A +

“Bavariya”nın prezidenti Uli Heness mövsümün sonunda Aryen Robben və Frank Riberinin komandadan ayrılacağını təsdiqləyib.

Qol.az xəbər verir ki, klub rəhbəri “sport1”ə açıqlamasında futbolçular üçün vida matçı keçiriləcəyi bildirib:

“Bu cür futbolçular təmtəraqla yola salınmalıdır. Onlara vida matçı keçirəcəyik. Riberi və Robbeni layiqli yola salmaq üçün çempionatı qurban verməyə hazırıq. İstəyirik isti bir ayrılıq olsun".

Heness Riberinin Münhendə qalacağını və klubda ona uyğun bir iş verilcəyini də əlavə edib.

Qeyd edək ki, 35 yaşlı Riberi 2007-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen klubunda 12 il ərzində 22 müxtəlif titul qazanıb. Riberi ilə həmyaşıd olan Robben isə “Bavariya”da 2009-cu ildən oynayır. Onun Bundesliqa klubu ilə 19 titulu var.

Son xəbərlər
26.09.24  17:19

Donnarumma qayıtdı