"Keşlə" - "Sumqayıt" matçının baş hakimi ikinci hissədə dəyişdi

"Keşlə" - "Sumqayıt" matçının baş hakimi ikinci hissədə dəyişdi
XƏBƏR 16 Fevral 2019 / 16:17 3289
-  A +

Topaz Premyer Liqasının 17-ci  turunda hazırda davam edən "Keşlə" - "Sumqayıt" oyununda hakim dəyişikliyi baş verib.

Qol.az-ın məlumatına görə, görüşün baş hakimi Rauf Cabbarov ciddi zədələndiyi üçün fasilədən sonra meydana çıxmayıb.  Onun əvəzinə matçın 4-cü hakimi Rauf Allahverdiyev ikinci hissədə baş hakim funksiyasını yerinə yetirir.

Qeyd edək ki, ikinci hissəsi davam  edən "Keşlə" - "Sumqayıt" oyununda meydan sahibləri 1:0 hesabı ilə öndədir.

Daha çox


Son xəbərlər