U-21 millimizə yeni baş məşqçi təyin edildi

U-21 millimizə yeni baş məşqçi təyin edildi
ÖLKƏ FUTBOLU 11 Yanvar 2019 / 16:43 2481
-  A +

Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi serbiyalı  Milan Obradoviçə həvalə olunub. Bu barədə AFFA-nın saytı məlumat yayıb.



Qeyd edək ki, 41 yaşlı mütəxəssis son olaraq Serbiya millisində köməkçi məşqçi kimi çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya mətbuatı milli komandanın baş məşqçisi Mladen Krstaiçə istinadən Obradoviçin yığmamızdan imtina etdiyini yazmışdı.


Milan Obradoviç kimidr?

Təvəllüdü: 03.08.1977


Futbolçu karyerası

Yuqoslaviya SFR U-21 milli komandası – 12 oyun

SR Yuqoslaviya A milli komandası – 8 oyun

1998-2001 - Obilic (Belqrad, Serbiya)

2001-2003 - Lokomotiv (Moskva, Rusiya) – çempion,superkubok-2002

2003-2004 - Borussiya (Münxenqladbax, Almaniya)

2004-2005 - Akratitos (Afina, Yunanıstan)

2006-2013 - Metallist (Xarkov, Ukrayna)

2013-2014 - Partizan (Belqrad, Serbiya)

2014 - OFK Belqrad (Serbiya)

UEFA Çempionlar Liqası – 15 oyun

UEFA Avropa Liqası – 36 oyun


Məşqçi təcrübəsi


2014-2015 - FK Napredak (Krusevac, Serbiya) - köməkçi məşqçi

2015 - NK Zavrc (Sloveniya) - köməkçi məşqçi

2015-2016 - NK Koper (Sloveniya) - baş məşqçi

2016-2017 - NK Koper (Sloveniya) - baş məşqçi

2017 Serbiya U-19, U-20 - baş məşqçi

2017 Serbiya U-17 - baş məşqçi

2017 Serbiya milli komandası - köməkçi məşqçi

2018 FIFA Dünya Çempionatı - Serbiya milli komandası - köməkçi məşqçi


Təhsili

Bakalavr - Psixologiya TIMS Novi Sad 2018

Sahibkarlıq İnstitutu

İxtisas: Sahibkarlıq Menecerliyi, Menecment

UEFA A lisenziyası - Ukrayna Futbol Federasiyası, dekabr 2014

UEFA PRO lisenziya - Ukrayna Futbol Federasiyası, fevral 2017

 

Daha çox


Son xəbərlər
19.01.19  20:10

Millimizdən qələbə