“Qarabağ” Almeydanı da qaytarır – qışda gözlənilən transferin təfərrüatları

“Qarabağ” Almeydanı da qaytarır – qışda gözlənilən transferin təfərrüatları
ÖLKƏ FUTBOLU 20 Dekabr 2018 / 12:51 7666
-  A +

Milli komandamızın yarımmüdafiəçisi Riçard Almeydanın bu qış transfer pəncərəsi dönəmində “Qarabağ”a qayıdacağı gözlənilir.

Qol.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, milliləşdirilmiş braziliyalı futbolçu hazırda çıxış etdiyi “Astana” ilə müqaviləni ləğv etmək niyyətindədir. Bildirilib ki, bu yaxınlarda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almeydanın komandasına qayıtmasına razılıq verib. Məhz bundan sonra 29 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv etmək üçün “Astana” ilə danışıqlara başlayıb.  Tərəflər maddi məsələlərdə razılığa gəlsələr, artıq bu qış transfer pəncərəsi zamanı Almeyda “Qarabağ”la müqavilə bağlayacaq.

Bəs, Pedro Enrike?..

Qeyd edək ki, daha əvvəl Qazaxıstan mətbuatı hazırda “Astana”da oynayan “Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrikenin də Ağdam klubuna keçmək istəməsi barədə məlumat yayıb. Lakin bizə çatan xəbərə görə, Q.Qurbanov Almeydadan fərqli olaraq, Pedronun “Qarabağ”a qayıtmasında maraqlı deyil. Bu səbəbdən onun Ağdam klubuna transfer olunması ehtimalı demək olar ki, yoxdur.


“Astana” nə qərar verəcək?

Xatırladaq ki, hər iki futbolçu bu yay “Qarabağ”dan ayrılaraq “Astana”ya keçib. Pedrodan fərqli olaraq, Almeyda əsas heyətə çox düşməyib. Bundan başqa, bu günlərdə "Astana"da maliyyə problemlərinin olması, bu səbəbdən klubun Almeyda və Pedro da daxil olmaqla futbolçularına borcunun yaranması haqda Qazaxıstan mətbuatında məlumat yayılıb. Almeydanın daha çox bu səbəblərə görə özünün də “Qarabağ”a qayıtmağa maraqlı olduğu və razılıq verdiyi bildirilib. Bu məsələ ilə bağlı yekun qərar verən tərəflərdən yalnız “Astana”nın mövqeyi indiki məqamda həlledici rol oynayacaq. Bu səbəbdən tərəflər Qazaxıstan klubunun necə qərar verəcəyini gözləyirlər.

Qeyd edək ki, dünən “Qarabağ” sabiq futbolçularından biri, son klubu Qazaxıstan “Aktobe”si olan Reynaldo Silvanı yenidən komandaya qaytarması haqda açıqlama yayıb. Onunla 2.5 illik müqavilə imzalandığı bildirilib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki