Messi Xavinin rekordunu yenilədi

Messi Xavinin rekordunu yenilədi
DÜNYA FUTBOLU 18 Dekabr 2018 / 10:57 3322
-  A +

“Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, argentinalı hücumçunun rekordu La Liqanın son turunda “Levante”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Bu qarşılaşmada het-trik edən 31 yaşlı futbolçu “Barselona” ilə La Liqada 323-cü qələbəsini qazanıb. Bununla da o, sabiq komanda yoldaşı Xavinin rekordunu (322 qələbə) yeniləyib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. Messi isə 2004-cü ilin oktyabrında "Barsa"da debüt edib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi