"Real"ın böyük planı – qışda Hazard, yayda Neymar

"Real"ın böyük planı – qışda Hazard, yayda Neymar
DÜNYA FUTBOLU 9 Oktyabr 2018 / 11:27 2886
-  A +

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazarddan əl çəkmək istəmir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “kral klubu” “zadəganlar”la müqaviləsi 2020-ci ildə bitəcək belçikalı ulduzun keçidini bu qış transfer pəncərəsində həll etmək niyyətindədir. Madrid təmsilçisi hələ yayda 28 yaşlı oyunçunu almaq istəsə də, ingilislərin 200 milyon avro tələb etməsi transferin gerçəkləşməsinə mane olmuşdu.

Ötən mövsümün sonunda Kriştiano Ronaldonu “Yuventus”a satan “Real” təkcə Hazardla kifayətlənmək fikrində deyil. İspan klubu gələn ilin yayında isə Braziliya millisi və PSJ-nin hücumçusu Neymarı heyətinə qatmaq istəyir.

Son xəbərlər