"Arsenal"dan ardıcıl 6-cı qələbə

"Arsenal"dan ardıcıl 6-cı qələbə
DÜNYA FUTBOLU 7 Oktyabr 2018 / 16:58 2928
-  A +

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” səfərdə “Fülhem”lə qarşılaşıb. Görüş London klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Fülhem” – “Arsenal” – 1:5
Qollar:
Lakazett, 29 (0:1), Şürle, 44 (1:1), Lakazett, 49 (1:2), Remzi, 67 (1:3), Obameyanq, 79 (1:4), 90+1 (1:5)

Bu, “Arsenal”ın Premyer Liqada cari mövsüm ardıcıl 6-cı qələbəsidir.

Qeyd edək ki, 18 xalla 3-cü pillədə qərarlaşan “topçular”ı lider “Mançestter  Siti”dən 1 xal ayırır.

Son xəbərlər