“Mourinyonun məşqçi kimi tükəndiyini demək ağılsızlıqdır”

“Mourinyonun məşqçi kimi tükəndiyini demək ağılsızlıqdır”
GÜNDƏM 14 Sentyabr 2018 / 00:00 4749
-  A +

“Mançester Yunayted”in sabiq oyunçusu Qari Nevill komandanın baş məşqçisi Joze Mourinyonun işini şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, veteran müdafiəçi Mourinyonun möhtəşəm məşqçi olduğunu bildirib:

“Mourinyo hazırda çətin dövrdən keçir. Amma onun məşqçi kimi tükəndiyini söyləmək ağılsızlıqdır. Aleks Ferqyussonu rəhbərliyi altında biz 2003-2006-cı illər aralığında çempion ola bilmədik. O zaman insanlar deyirdilər ki, bu, Ferqyussonun karyerasının sonudur.

“Tottenhem”ə 0:3 hesabı ilə uduzsa da, ilk 40 dəqiqə “Mançester Yunayted” baxımlı oyun sərgilədi. “Bernli” ilə matçda da komanda əla çıxış etmişdi. Mourinyo möhtəşəm məşqçidir. İnanıram ki, o, vəziyyəti dəyişəcək”.

 

Daha çox


Son xəbərlər