Ronaldo "Yuventus"un hədəflərini açıqladı
"Yuventus”un yeni transferi Kriştiano Ronaldo Turin klubunun hədəflərini açıqlayıb.
Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bir nömrəli məqsədlərinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib. 33 yaşlıfutbolçu eyni zamanda A Seriyası və İtaliya kubokunda da uğur əldə etmək istədiklərini söyləyib:
“Yuventus”la Çempionlar Liqasını qazanmaq istəyirəm. Bütün komanda bu hədəfə köklənib. Ancaq hər şeyi ağıllı şəkildə etməliyik. Addım-addım irəliləyəcəyik. Bundan sonra ÇL arzumuzun bu və ya gələn il gerçəkləşib-gerçəkləşməyəcəyinə baxacağıq. Ümumilikdə isə klubun qarşısında duran əsas vəzifələrdən biri də ölkədaxili yarışlarda uğur qazanmaqdır”.
Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində “Real”dan 105 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.