Hazard qərarını verdi – gedir, yoxsa qalır?

Hazard qərarını verdi – gedir, yoxsa qalır?
DÜNYA FUTBOLU 19 Avqust 2018 / 13:52 6928
-  A +

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard komandadan ayrılacağı ilə bağlı söz-söhbətlərə son nöqtəni qoyub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı futbolçu London klubunda xoşbəxt olduğunu və heç yerə getməyəcəyini bildirib:

“Dünya çempionatından sonra dediyim sözləri hamı bilir. Amma “Çelsi”də məni hər şey qane edir. Hələlik bu haqda artıq nəsə danışmaq istəmirəm. Çox söz-söhbətlər oldu, ancaq indi hər şey ürəyimcədir. Klubla hələ 2 illik müqaviləm var. Görək, hadisələr necə cərəyan edəcək. Bu il heç yerə getməyəcəyəm. “Arsenal”la oyunda da gördük ki, azarkeşlər əvvəlki kimi məni sevir. Burda oynamaq xoşuma gəlir. Görək, yaxın 1-2 ildə necə olacaq”.

Qeyd edək ki, Hazardın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord