"Qarabağ" BATE-dən daha yaxşı komandadır" - Halldorsson

"Qarabağ" BATE-dən daha yaxşı komandadır" -  Halldorsson
GÜNDƏM 8 Avqust 2018 / 01:54 7593
-  A +

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalsitlərin suallarını cavablandırıb.

- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Yaxşı rəqibə qarşı çətin oyun oldu. Biz əlimizdən gələni etdik. Sadəcə, qol çatmadı. Rəqib isə bizi əks-hücumda yaxalayıb cəzalandırdı. Çox çalışsaq da, hesabı bərabərləşdirə bilmədik.

- Bu nəticədən sonra cavab oyununda şansları necə dəyərləndirirsiniz?

- Əlbəttə, bizi çətin oyun gözləyir. Ancaq şansımız var. Onlar bizi burda məğlub ediblərsə, biz də səfərdə bunu bacara bilərik. Sadəcə, rəqib meydanında daha çox hücum edib, erkən qol vurmalıyıq. Düşünürəm ki, mərhələ adlamaq şanslarımız qalır.

- "Qarabağ"da ilk oyununuz idi. Təəssüratlarınız necədir?

- İnanılmazdır. Məğlub olmağımıza baxmayaraq, emosiyalarım müsbətdir. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi. Bu komandada ilk görüşümü keçirdiyim üçün fəxr edirəm.

- Sizcə, BATE “Qarabağ”dan güclü komandadır?

- Məncə, biz daha yaxşı komandayıq. Məğlubiyyətə baxmayaraq, şanslar 50/50-yədir. Səfərdə vuracaöımız bir qol hər şeyi dəyişə bilər. Düşünürəm ki, bütün suallara cavab matçında aydınlıq gələcək və növbəti mərhələyə biz adlayacağıq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi