Rəşad Sadıqov yığmanın heyətini açıqladı

Rəşad Sadıqov yığmanın heyətini açıqladı
GÜNDƏM 20 May 2018 / 12:10 3715
-  A +

Bakıda Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunlarına hazırlıq məqsədilə bu gündən etibarən təlim-məşq toplanışına başlayan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin baş məşqçisi Rəşad Sadıqov 26 futbolçuya dəvət göndərib.

Həmin futbolçuların siyahısını təqdim edirik:

Nicat Mehbalıyev (“Qarabağ”), Hüseynəli Quliyev (“Səbail”), Kamran İbrahimov (“Neftçi”), Amin Seydiyev (“Qəbələ”), Ricat Qarayev (“Sabah”), İbrahim Hüseynov (“Qarabağ”), Faiq Hacıyev (“Qəbələ”), Anton Krivotsyuk (“Neftçi”), Rüstəm Nuriyev (“Qəbələ”), Zahid Mərdanov (“Səbail”), Murad Qayalı (“Keşlə”), Təbriz Xubanov (“Keşlə”), Ziya Əzizov (“Den Boş”, Hollandiya), İsmayıl İbrahimli (MOİK), Ruslan Hacıyev (“Qarabağ”), Tural Bayramlı (“Sumqayıt”), Şakir Seyidov (“Səbail”), Ərziman Rizvanov (“Banik”, Ostrava, Çexiya), Hacıağa Hacılı (“Qəbələ”), Süleyman Əhmədov (“Sumqayıt”), Fərid Nəbiyev (“Şevardeni-1906”, Gürcüstan), Ozan Can Kökcü (“Vaalveyk”, Hollandiya), Rafael Məhərrəmli (“Keşlə”), Əli Sadıxov (“Qəbələ”), Famil Camalov (“Qarabağ”), Kamran Əliyev (“Ximki”, Rusiya)

Qeyd edək ki, yığmamız Makedoniya ilə mayın 24-də və 27-də qarşılaşacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi