Böyükağa Hacıyevin son durumu - "Səhhəti sabitləşir"

Böyükağa Hacıyevin son durumu - "Səhhəti sabitləşir"
GÜNDƏM 8 Fevral 2018 / 10:30 2699
-  A +

"Böyükağa Hacıyev xəstəxanamıza kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olmuşdu. Həmin vaxt ürəyin gücü 20 faiz idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov deyib. F.İbrahimov bildirib ki, görülmüş tədbirlər nəticəsində xəstənin vəziyyəti sabitləşməyə başlayıb: "Böyükağa müəllimin ürəyinə 2 stent qoyduq, əlimizdən nə gəlirdisə, etdik. Hazırda vəziyyəti sabitliyə doğru gedir".

Tanınmış mütəxəssisin hələlik yeni əməliyyata ehtiyacının olmadığını bildirən həkim xəstənin reanimasiya şöbəsində qalmasının gərəklini vurğulayıb: "Pasiyentimizin əvvəllər digər xəstəlikləri də olub. Bunların müalicə prosesinə təsiri olduğundan, xəstəliyi hələ də risklidir. Ona görə reanimasiya şöbəsində daha iki gün qalmasına ehtiyac var. Daha sonra vəziyyətini qiymətləndirərək, müvafiq qərar qəbul edəcəyik. Hələlik yeni əməliyyata ehtiyac yoxdur".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi