“Azərbaycana getdikdən bir həftə sonra qayıtmaq istəyirdim” - Hallidey

“Azərbaycana getdikdən bir həftə sonra qayıtmaq istəyirdim” -  Hallidey
GÜNDƏM 10 Yanvar 2018 / 11:47 6478
-  A +

“Geri döndüyümə sevinirəm. Bunu daha əvvəl etməliydim. Azərbaycanda keçirdiyim günlər haqqında çox şey deyə bilməyəcəm. Çünki ora getdiyim gündən bir həftə sonra yanlış etdiyimi bilirdim. Hər şeyin səhv olduğunu anladım. Getməzdən öncə xəbərdar olmadığım çox şey var idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"dən ayrılıb "Reyncers"ə gedən Endi Hallidey klubun televiziyasına açıqlamasında deyib.

"Bir həftə sonra ayrılmağa, başqa yerə getməyə çalışdım. Buna icazə vermədilər. Qalmağımı istədilər. İlk fürsətdə isə oradan ayrıldım” - deyə o bildirib.

E.Hallidey "Qəbələ"yə Avroliqada oynamaq üçün keçməyə razılıq verdiyini söyləyib: “Avropa arenalarında heç oynamamışam. “Qəbələ”yə keçidimə də buna görə razılıq verdim. Çünki bir əvvəl onlar qrup mərhələsində çıxış etmişdilər. Avropa təcrübəsi üçün onlara indi də minnətdaram. Amma düşüncəm və ürəyim həmişə “Reyncers”dədir”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi