Ventura istefaya göndərildi - rəsmi

Ventura istefaya göndərildi - rəsmi
GÜNDƏM 15 Noyabr 2017 / 22:07 3419
-  A +

İtaliya millisinin baş məşqçisi Campyero Ventura istefaya göndərilib.

Qol.az-ın xəbərinə görə, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Yığma DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün bu qərar verilib.

Qeyd edək ki, yeni baş məşqçi vəzifəsinə əsas namizədlərin Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri, Roberto Mançini olduğu iddia edilir.

Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsində İsveç səddini keçə bilməyib.

Daha çox


Son xəbərlər