“Kosovo ilə heç-heçə yaxşı nəticədir”

“Kosovo ilə heç-heçə yaxşı nəticədir”
GÜNDƏM 14 Noyabr 2017 / 22:25 2642
-  A +

“Çətin oyunda canımızı qoyduq. Axıra kimi oynadıq. 1 xal qazandıq. Məncə, pis nəticə deyil. Oyunun sonlarında 9 nəfərlə qaldıq. Bunu nəzərə alsaq, deyə bilərəm ki, yaxşı nəticə qazandıq”.

Bu sözləri Qol.az-a açıqlamasında Avropa çempionatının seçmə mərhələsinin Kosova ilə oyunundan (0:0) sonra 21 yaşadək futbolçulardan ibarət yığmamızın müdafiəçisi İlyas Səfərzadə deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan futbolçu bugünkü görüşdə 2 xal itirdiklərini bildirib:

“Evdə oynayırdıq. Meydana qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, 1 xalla kifayətlənməli olduq. Məncə, 2 xalı itirən tərəf biz olduq”.

Səfərzadə qrupda sonuncu pillədə yer almalarının futbolçulara mənfi təsir etdiyini söyləyib: “Sonuncu yerdə olmağımız bizi sıxır. Çünki 1 xal, son pillə Azərbaycanın adına layiq deyil. Gələcəkdə çalışacağıq ki, yüksək yerlərə qalxaq”.

Sonda isə gənc yarımmüdafiəçi Almaniyaya 0:7 hesabı ilə uduzduqları oyuna da toxunub: “Almaniya ilə oyunda çox zəif çıxış etdik. Rəqibin adından çəkinmədik. Əslində canla-başla mübarizə apardıq. Sadəcə, tez qol buraxmağımız oyunun taleyini həll etdi”.

Daha çox


Son xəbərlər